RƏSMİ SƏNƏDLƏR


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokrat Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokrat Partiyası Ali Şurasının 2019-cu il 11 dekabr tarixli iclasının qərarları ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Demokrat Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

1.1. Səlahiyyətli nümayəndələr:

Həsrət Qurbanəli oğlu Rüstəmov

Taliyət Məhəmməd oğlu Əliyev

Daşqın Ağarza oğlu Nuriyev

Rəşid Mirəjdər oğlu Mənsurov

Elçin Əliqulu oğlu Eyyubov

Fariz İdris oğlu Məhərrəmov

Vüqar Mirhüseyn oğlu Cəfərov

Niyazi Cavad oğlu Qurban

Coşğun İsmayıl oğlu Qurbanov

Cəsur Tofiq oğlu Məmmədov

Mayis Kamal oğlu Məmmədov

Qalib Kamal oğlu Məmmədov

Elvin Şahin oğlu Heydərov

Elyar Həsən oğlu Mehdiyev

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

Nizami Kamil oğlu Məmmədzadə

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin