Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyası Ali Məclisinin 2019-cu il 7 dekabr tarixli sessiyasının qərarları ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

1.1. Səlahiyyətli nümayəndələr:

Ağa-zadə İqbal Fehruz oğlu

Ağazadə Ənvər Sərdar oğlu

Tağızadə Rəfail Alı oğlu

Əliyev Taleh Məhəmməd oğlu

Həsənov Seyfi İnqilab oğlu

Hətəmov Səməd Əbdüləli oğlu

Muradlı Rüfət Habil oğlu

İsayev Anar Rafiq oğlu

Əliyev Faiq Həsən oğlu

Qulami Tamilla Famil qızı

İbadova Günel Mahmud qızı

Sadıqova Mehriban İbrahim qızı

Səfərov Vidadi Vaqif oğlu

Quliyev Elşən Nadir oğlu

Səfərov Natiq Musa oğlu

Əzimov Aslan İsmayıl oğlu

İsmayıllı Cavad Məmməd oğlu

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Abbasov Elman Abdulla oğlu

Sadıqova İlahə Artur qızı

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin