Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 yanvar 2020-ci il tarixli 335 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) sədri M.Cəfərov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə həmin seçki dairə¬sindən qeydə alınmış namizəd Həsənov Müzadil Zaur oğlunun barəsində müvafiq dövlət orqan¬larına göndərilmiş sorğulara namizədliyin qeydə alınması haqqında qərarın qəbul edilməsindən sonra alınmış cavablardan məlum olmuşdur ki, o, həm də Rusiya Federasiyasının vətəndaşıdır. Bu halda dairə seçki komissiyasının həmin qərarı Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə zidd olduğundan komissiyanın sədri qanunvericiliklə üzərinə düşən vəzifəni yerinə yetirərək dərhal Mərkəzi Seçki Komissiyasına müraciət etmiş və həmin qərara münasibət bildirməsini xahiş etmişdir.

Qeydə alınmış namizəd M.Z.Həsənovun seçki sənədləri tələb olunaraq nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, o, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürməsi barədə bildiriş və öhdəlik ərizəsini 19 dekabr 2019-cu ildə dairə seçki komissiyasına təqdim etmiş, öhdəlik ərizəsində Azərbaycan Respublikasının vətəndaşı olduğunu, seçkilərdə iştirak etmək hüququna malik olduğu-nu, ikili vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olmadığını öz imzası ilə təsdiq etmişdir. Onun müraciətinə dairə seçki komissiyasının 24 dekabr 2019-cu il tarixli iclasında baxılmış və namizədliyi təsdiq olunmuşdur. 25 dekabr 2019-cu il tarixdə ona imza vərəqələri verilmiş, o, namizədliyinin müdafiəsi üçün imza vərəqələri və ona əlavə edilmiş digər sənədləri 31 dekabr 2019-cu ildə dairə seçki komissiyasına təqdim etmişdir.

Seçki Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq təq¬dim edilmiş sənədlərdəki məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə dairə seçki komissiyasının müva-fiq dövlət orqanlarına göndərdiyi sorğular ətraflı yoxlanılmış və müvafiq qaydada cavablandırılmışdır.

Araşdırmaya çox vaxt sərf olunduğu üçün bir sıra dövlət orqanlarının cavab məktubları 2020-ci il yanvarın 9-da dairə seçki komissiyasına daxil olmuşdur. Buna görə də sorğunun cavabı namizədliyin qeydə alınması üçün Seçki Məsəlləsi ilə nəzərdə tutulmuş müddətdə daxil olmadığından dairə seçki komissiyası, Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyalarının şübhəli hallar iddiaçının xeyrinə həll olunmalıdır – prinsipinə uyğun olaraq, namizədliyi irəli sürülmüş şəxsin hüquqlarını təmin etmiş və M.Z.Həsə¬novun namizədliyini Məcəllənin müddətlə bağlı tələblərinə uyğun olaraq 6 yanvar 2020-ci ildə qeydə alaraq ona deputatlığa qeydə alınmış namizəd vəsi¬qəsi vermişdir.

M.Z.Həsənovun namizədliyi qeydə alındıqdan sonra 9 yanvar 2020-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən daxil olmuş məktublar əsasında tərtib olunmuş cavab məktubundan aydın olur ki, 9 aprel 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsi, dalan 6, ev 11-də daimi qeydiyyatda olan Həsənov Müzadil Zaur oğlu həm də Rusiya Federasiyasının vətəndaşıdır və ona Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti tərəfindən 8 iyul 2011-ci il tarixdə 71 № 5280197 nömrəli xarici pasport və 7 oktyabr 2013-cü il tarixdə 4513 №325003 nömrəli Rusiya Federasiyasının vətəndaşı pasportu verilmiş¬dir. Bununla da Azərbaycan Respublikasının vətəndaşı olan M.Z.Həsə-novun həm də Rusiya Federasiyasının vətəndaşı olması faktı aşkar edilmişdir.

İkili vətəndaşlığı olan M.Z.Həsə¬novun deputatlığa namizədliyinin qeydə alınması isə Azər¬baycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsini tələblərinin birbaşa pozulması anlamına gəlir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsini II hissəsində təsbit olunmuşdur ki, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məh¬kum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13.3.3-cü maddəsinə görə isə ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşının ikili vətəndaşlığı qalanadək Milli Məclisin deputatı seçilmək hüququ yoxdur. Bununla əlaqədar olaraq qeyd edilməli¬dir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən daxil olmuş cavab məktubunda göstərilir ki, Rusiya Federasiyasının vətəndaşı M.Z.Həsənovun əvvəllər 42 halda Azərbaycan Respublikasına səfərləri qeydə alınmışdır. O, sonuncu dəfə 12 sentyabr 2019-cu ildə RUS 71 № 5280197 nömrəli Rusiya Federasiyasının ümum¬vətəndaş pasportu ilə “Sadıqlı” sərhəd nəzarəti məntəqəsindən keçməklə Azərbaycana gəlmiş, 6 dekabr 2019-cu il tarixdə həmin pasportla “Şıxlı” sərhəd nəzarəti məntə¬qəsindən keçməklə ölkəni tərk etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin elan olunduğu 2019-cu il dekabrın 5-dən sonrakı gün həmin şəxs xarici ölkə vətəndaşı kimi ölkədən getmişdir. Bu isə onun hələ də Rusiya Federasiyasının vətəndaşı olmasını, başqa sözlə ikili vətəndaş¬lığının qalmasını bir daha təsdiq edir.

Beləliklə, M.Z.Həsənovun deputatlığa namizədliyi 2020-ci il yanvarın 6-da 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyası tərəfindən qeydə alınmış, onun ikili vətəndaşlığının olması isə bir neçə gün sonra, yəni 2020-ci il yanvarın 9-da aşkar olunmuş və bununla da yeni hallar meydana gəlmişdir. Belə ki, passiv seçki hüququ olmayan şəxsin deputatlığa namizədliyinin qeydə alınması faktı müəyyən edilmişdir.

Buna görə də yeni açılmış hallar nəzərə alınaraq 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının 6 yanvar 2020-ci il tarixli 38/104 saylı qərarının ləğv edilməsi və M.Z.Həsənovun deputatlığa namizədliyinin qeydə alınması məsələsinə həmin dairə seçki komissiyası tərəfindən yenidən baxılması üçün hüququ əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 85-ci, Seçki Məcəllə¬sinin 19.4-cü, 13-cü, 25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 59-cu, 60-cı, 148.1-ci maddələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Həsənov Müzadil Zaur oğlunun Rusiya Fedreasiyasının vətəndaşı olması faktının aşkar olunması ilə əlaqədar yaranmış Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə zidd olan hallar nəzərə alınaraq həmin seçki dairəsi dairə seçki komissiyasının onun deputatlığa namizədliyinin qeydə alınması haqqında 6 yanvar 2020-ci il tarixli 38/104 saylı qərarı ləğv edilsin, həmin dairə seçki komissiyası tərəfindən M.Z.Həsənovun deputatlığa namizədliyinin qeydə alınması məsələsinə yenidən baxılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin