RƏSMİ SƏNƏDLƏR


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vahid Azərbaycan Partiyası Mərkəzi Şurasının 2020-ci il 13 yanvar tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Kamran Fərhad oğlu Məmmədli

Samid Şirxan oğlu Hüseynov

Elşən İsrail oğlu Cəbrayılov

Teyyub Eldar oğlu Süleymanov

Elşən Abdul Əziz oğlu Həsənov

Ramil Ariz oğlu Qədirli

Tural Akif oğlu Əliyev

Elman Natiq oğlu Abbasov

Orxan Mübariz oğlu Ağamirzəyev

Faiq Ələddin oğlu İsgəndərov

Ayaz Xanoğlan oğlu Hüseynov

Kamran Vaqif oğlu Xanəliyev

Ariz Teymur oğlu Qədirli

Hidayət Bəşir oğlu Həşimov

Sayiqə Paşa qızı Əliyeva

Rza Müslüm oğlu Rzayev

Muxtər Fərman oğlu Salmanov

Cavanşir Yusif oğlu Həbibzadə

Zeynalabdın Məzahir oğlu Aslanov

Tahir İspəndiyar oğlu Aslanov

Abdulla Əliqulu oğlu Mirzəyev

Zakir Tofiq oğlu Qəribov

Arzu Yaşar oğlu Quliyev

Oktay İmran oğlu Əliyev

Rəşadət Himayət oğlu Aslanov

İlhamə Paşa qızı Aslanova

Elçin Zeynalabdın oğlu Aslanov

Arif Adil oğlu İmanov

Habil Nəriman oğlu Səfərov

Kamil Böyükağa oğlu Vətənxah

Saməddin Balahacı oğlu Nəcəfov

Taleh Faiz oğlu Novruzov

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin