CƏMİYYƏT


2020-ci ildə 42-ci Dünya Skaut Konfransı və 14-cü Dünya Skaut Gənclər Forumu Misirdə keçiriləcək

Bakı, 18 avqust, AZƏRTAC

2020-ci ildə 42-ci Dünya Skaut Konfransı və 14-cü Dünya Skaut Gənclər Forumu Misirdə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar avqustun 18-də 41-ci Dünya Skaut Konfransının sonuncu sessiyasında səsvermə nəticəsində qəbul olunub.

42-ci Dünya Skaut Konfransı və 14-cü Dünya Skaut Gənclər Forumunun keçirilməsinə digər namizəd ölkə isə Malayziya idi.

Qeyd edək ki, Dünya Skaut Hərəkatı Təşkilatı öz sıralarında 40 milyondan çox iştirakçını birləşdirir və azı 224 ölkədə və regionda, o cümlədən Azərbaycanda milli skaut qrupları şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Təşkilata görə, skautinq 2023-cü ilə qədər lider maarifçi gənclər hərəkatına çevrilməli, fəal vətəndaş olmaq, öz cəmiyyətində və bütün dünyada baş verən müsbət dəyişikliklərdə iştirak etmək arzusunda olan 100 milyon gənci sıralarına cəlb etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.