DÜNYA


2020-ci ildə ATƏT-ə Albaniya sədrlik edəcək

Vyana, 7 dekabr, AZƏRTAC

Albaniya 2020-ci ildə bir il müddətinə ATƏT-ə sədrlik edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat beynəlxalq təşkilatın Nazirlər Şurasının İtaliyanın Milan şəhərində illik iclasında verilib. Norveç 2020-ci ildə təşkilata sədrlik üçün namizədliyini geri götürdükdən sonra, Albaniyanın namizədliyinin bütün iştirakçı dövlətlər tərəfindən dəstəklənəcəyi sual doğururdu. Milanda keçirilən ikigünlük iclasda bu barədə konsensus əldə olunub.

Bu il təşkilata sədrliyi başa çatan İtaliya estafeti Slovakiyaya ötürəcək. İtaliyanın xarici işlər naziri Moavero Milanezi bir il müddətində 57 dövləti öz sıralarında birləşdirən təşkilata sədrlik etdiyinə görə minnətdarlığını bildirib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.