İQTİSADİYYAT


2020-ci ildə pərakəndə ticarət dövriyyəsi Bakı və Abşeron üzrə artıb

Bakı, 19 fevral, AZƏRTAC

2019-cu illə müqayisədə ötən il pərakəndə ticarət dövriyyəsi real ifadədə Bakı şəhəri üzrə 0,5 faiz, Abşeron iqtisadi rayonu üzrə 0,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, keçən il pərakəndə ticarət dövriyyəsi Naxçıvan Muxtar Respublikası üzrə 0,2 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2,2 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2,8 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 3,5 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 3,6 faiz, Aran iqtisadi rayonu üzrə 4,4 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 5,8 faiz, Lənkəran iqtisadi rayonu üzrə 6,5 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.