Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

2020-ci ilədək Azərbaycanda işəgötürənlərin peşə təhsili sisteminə inteqrasiyası strateji hədəf kimi müəyyən edilib

Bakı, 18 fevral, AZƏRTAC

Peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Yerli və beynəlxalq qurumlar, ölkələrin iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirən məsul şəxslər peşə təhsili sisteminin inkişafına xüsusi önəm verirlər. Qlobal iqtisadi mühit, məhsuldarlıq tələbləri və məşğulluq üçün təhsilə diqqətin artırılması iqtisadi məhsuldarlığın amili kimi peşə təhsili və təliminin əhəmiyyətini bir daha təsdiqləyir.

Azərbaycanda peşə təhsili və təlimi sistemi zəngin tarixə malikdir. 1879-cu ildə Naxçıvanda xarratlıq və çilingərlik üzrə sənətkarlar hazırlayan peşə məktəbləri, 1883-cü ildə Şəkidə ipəkçilik məktəbi, 1884-cü ildə Gəncədə, 1887-ci ildə isə Bakıda sənət məktəbləri yaradılıb. 1914-cü ildə Azərbaycanda artıq 10 sənət məktəbi fəaliyyət göstərirdi.

Sovet dövründə Azərbaycanda peşə məktəblərinin şəbəkəsi genişləndirilərək, maddi-texniki bazası möhkəmləndirildi. 1980-ci illərdə 300 peşə üzrə 100 mindən çox şagirdin təhsil aldığı 185 peşə tədris müəssisəsinin olması, müxtəlif peşə istiqamətləri üzrə hazırlanan ixtisaslı fəhlə kadrlarının istehsalata göndərilməsi bu sahənin inkişafının göstəriciləri idi.

1990-cı illərin əvvəllərində ölkənin sosial-iqtisadi həyatında baş verən dəyişikliklər bu sahənin inkişafına mənfi təsir göstərdi. Peşə təhsili müəssisələrinin maddi-texniki bazası sıradan çıxdı və peşə təhsili sistemi dağılmaq təhlükəsi ilə qarşılaşdı. 1990-cı illərin ortalarından başlayaraq yeni peşə təhsili siyasəti formalaşdırıldı, müvafiq sahəyə diqqət artırıldı, onun təkmilləşdirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirildi. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” 1996-cı il 23 avqust tarixli qərarına uyğun olaraq, maddi-texniki bazası zəif olan və müasir tələblərə cavab verməyən peşə məktəbləri birləşdirildi, yaxud ləğv edildi, texniki peşə təhsili müəssisələrinə peşə məktəbi və peşə liseyi statusu verildi. Prezident İlham Əliyevin 2007-ci il 3 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində peşə təhsili müəssisələrinə qəbul səviyyəsi yüksəldi.

Son illər ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar əlavə gəlir yaradan sektorların inkişafını təmin etməklə yanaşı, əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla, bu tələbatın ödənilməsinə imkan verən çevik və bazaryönümlü peşə təhsili sisteminin qurulmasını zəruri edib. Peşə təhsilinin inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli Fərmanına əsasən müvafiq Agentliyin Əsasnaməsi təsdiq edilib, fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları müəyyənləşdirilib. Agentlik respublikada ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsi və əlaqələndirilməsini, o cümlədən Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edir.

Agentliyin təsis edilməsi peşə təhsilinin inkişafı və müasir dövrün standartlarına uyğunlaşdırılması baxımından əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, hazırda peşə təhsili müəssisələrində 168 ixtisas üzrə 23 mindən çox tələbə təhsil alır. Təhsil əsasən dövlət hesabına və qismən ödənişli əsaslarla həyata keçirilir. 2016-2017-ci illərdə Bakı və Gəncə şəhərlərində, eləcə də Qəbələ rayonunda həyata keçirilən rasionallaşdırma prosesi nəticəsində Nazirlər Kabinetinin qərarı ilə ümumilikdə 34 peşə təhsili müəssisəsi bazasında - Bakı şəhərində 26 təhsil müəssisəsinin bazasında 11, Gəncə şəhərində 6 təhsil müəssisəsinin bazasında 2, Qəbələ rayonunda isə 2 təhsil müəssisəsinin bazasında 1 olmaqla, müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 14 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Rasionallaşdırma tədbirlərinin davamı olaraq, 2018-ci ildə regionlarda fəaliyyət göstərən 20 peşə təhsili müəssisəsinin bazasında 10 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Ümumilikdə 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb.

Xatırladaq ki, Azərbaycan Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli Sərəncamına əsasən İşçi qrupu yaradılıb. İşçi qrupuna 11 sektor üzrə Azərbaycan iqtisadiyyatının 2020-ci ilədək iqtisadi inkişaf strategiyasının və tədbirlər planının, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışın və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışın hazırlanması barədə müvafiq tapşırıqlar verilib və həmin tapşırıqların icrası məqsədilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” sənədi hazırlanıb. Sənəddə, həmçinin peşə təhsili və təlimi sektoru üzrə müvafiq strateji baxış, uzunmüddətli baxış və hədəflər müəyyən edilib.

2020-ci ilədək Azərbaycanda işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, peşə təhsili və təlimində nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin, məqsədli peşə inkişafı proqramlarının, sektorlar üzrə spesifik proqramların yaradılması, peşə təhsili və təlimi üzrə hədəflərin əldə olunmasına təkan verəcək vasitələrin tətbiqi strateji hədəf kimi müəyyən edilib. Ölkədə “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub.

Respublikada peşə təhsili müəssisələrinin müvafiq qaydada optimallaşdırılması həyata keçirilir. Maddi-texniki bazası zəif və yüksəkixtisaslı kadrlar hazırlamaq imkanları məhdud olan peşə təhsili müəssisələrinin fəaliyyəti dayandırılıb və ya onların birləşdirilməsi yolu ilə maddi-texniki bazası təkmilləşdirilib.

Beynəlxalq təcrübəni öyrənmək məqsədilə peşə təhsili müəssisələrinin nümayəndələri xarici ölkələrdə təlim səfərlərində olurlar.

Peşə təhsili və təlimi sistemində özəl sektorun iştirakı stimullaşdırılır, özəl sektorla peşə təhsili və təlimi müəssisələri arasında dövlət-özəl tərəfdaşlığı genişləndirilib. Müasir standartlara cavab verən pilot təhsil müəssisələri yaradılıb. Pilot peşə təhsili müəssisələrində işəgötürənlərlə tərəfdaşlıq mexanizmi qurulub.

Peşə təhsilinin hamıya əlçatanlığını təmin etmək, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların müxtəlif peşələrə yiyələnərək əmək bazarına çıxmasına şərait yaratmaq məqsədilə inklüziv qruplar yaradılıb.

Peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarında rəqabət qabiliyyəti yüksək səviyyədədir. Bu müəssisələrin məzunlarının 70 faizindən çoxu işlə təmin olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib