ELM VƏ TƏHSİL


2021-2022-ci tədris ilində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi üzrə 45 yeni sinif təşkil edilib

Bakı, 17 sentyabr, AZƏRTAC

2021-2022-ci tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi üzrə 45 yeni sinif təşkil edilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, siniflərin sayı paytaxt və bölgələr daxil olmaqla 80 məktəbdə 124-ə qədər artırılıb. Yeni siniflərin təşkili ilə layihə minimum 2200 şagirdi əhatə edəcək. Həmçinin yeni tədris ilindən bütün peşə təmayüllü siniflərdə “Sürücülük” və “STEAM” modulunun, 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.