DÜNYA
2021-ci ildə “5G” texnologiyasını dəstəkləyən avtomobillər əlçatan olacaq
Bakı, 30 iyul, AZƏRTAC
2021-ci ildə “5G” texnologiyasını dəstəkləyən avtomobillər əlçatan olacaq.
İnformasiya texnologiyaları sənayesi artıq "5G" dövrünə keçid mərhələsindədir. İlk beşinci nəsil kommersiya şəbəkələri yaxın vaxtlarda işə salınmalıdır.
AZƏRTAC "3dnews.ru" saytına istinadla xəbər verir ki, "Qualcomm" şirkətinin nümayəndəsi bildirir ki, avtomobil sektoru üçün gecikmənin xeyli azalması böyük əhəmiyyət kəsb edir: Bu göstərici 1 ms səviyyəsində olacaq. Müqayisə üçün, adi "4G" şəbəkələrində bu göstərici təxminən 20 ms təşkil edir.
Beləliklə, internetə qoşulmuş və sürücüsüz idarə olunan nəqliyyat vasitələri real vaxt rejimində bir-biri ilə və yol infrastrukturu ilə məlumat mübadiləsi edə biləcək. Nəticədə, yeni nəsil nəqliyyat sistemlərinin istifadəyə verilməsi üçün təməl qoyulacaq.
ABŞ şirkətinin məlumatına görə, 2021-ci ildə "5G" texnologiyasını dəstəkləyən kommersiyayönümlü avtomobillər əlçatan olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]