İDMAN


2021-ci ildə Formula 1 dörd təsnifat yürüşü keçirə bilər

Bakı, 30 avqust, AZƏRTAC 

Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula 1 2021-ci ildə çempionatın komandaları ilə birgə auditoriyanın daha çox diqqətini cəlb etmək məqsədilə yollar axtarırlar. Xüsusən, mövsüm ərzində ənənəvi təsnifat yarışlarını əvəz edəcək dörd şənbə yürüşünün təşkili məsələsi araşdırılır.

AZƏRTAC xəbər verir ki, oktyabrın sonunda çempionatın yeni reqlamenti təqdim edilməlidir, lakin hazırda bir çox məqamlar yalnız müzakirə mərhələsindədir və onları gələcək qaydaların sırasına əlavə etmək hələ tezdir. Yürüşlərin gedişində yanacaq doldurulmasına qayıtmaq ideyası irəli sürülüb, amma komandalar onu yekdilliklə rədd ediblər və FIA-nın texniki direktoru Nikolas Tombasisə müraciət edərək bildiriblər ki, bunun nəticəsində onların taktikası daha gözlənilməz ola bilər.

Lakin digər – daha cəsarətli təklif yetərincə ciddi müzakirələrə səbəb olub. Söhbət təsnifatın yerinə mövsümün dörd mərhələsindən ibarət “mini Qran-Pri” yürüşlərinin keçirilməsindən gedir. Onların əvvəlki illərdə konfiqurasiyaları ilə o qədər də fərqlənməyən traslarda təşkil olunması təklif edilir. Güman edilir ki, bu yeniliyin tətbiqi auditoriyanın yarışlara olan marağını artıracaq. Təklifin təsdiq olunacağı təqdirdə ənənəvi təsnifatın yerinə 100 kilometrlik yürüş keçiriləcək və onun nəticələri əsasında bazar Qran-Prisinin start qaydaları müəyyən ediləcək. Eyni zamanda, şənbə günü startın pilotların çempionatda şəxsi hesabına uyğun geri vəziyyətinin reversiv qaydası tətbiq ediləcək. Belə ki, ən yüksək nəticələrə malik olan komandaların ən cəld maşınlarda irəli çıxmasını təşviq edəcəyi üçün bu üsul çox maraqlı olacaq və mükəmməl ötmə əməliyyatlarını təmin edəcək. İkincisi, Hətta Hemilton, Ferstappen və digərləri kimi ustalar da sprinter yürüşü zamanı ilk üçlüyə çatmaqda çətinlik çəkəcəklər və onlar bunun nəticəsində bazar günü də mürəkkəb vəzifələrin öhdəsindən gəlməli olacaqlar ki, bu da mübarizəni daha gərgin edəcək.

Şənbə günləri keçiriləcək təsnifat yürüşlərinin ötmə əməliyyatının çətin olacağı traslarda – məsələn, Şanxay, Barselona, Le-Kastell və ola bilər ki, Zandfortda keçiriləcəyi ehtimal olunur. Lakin ötmənin daha çətin olduğu Monako və Sinqapurda təsnifat əvvəlki sxem üzrə keçiriləcək.

Hələlik sprinter yürüşlərinin keçirilməsi ideyasının bir çox suallar doğurduğunu başa düşmək olar. Onlardan biri də şənbə günü baş verə biləcək qəzalardan sonra nə etməli olduğudur. Digər tərəfdən, həmin gün yağacaq yağışdan sonra bazar günü yürüşün quru trasda keçirilməsi də sual doğurur. Əgər yeni format uğurlu olsa, onda çempionatın digər mərhələlərinin promouterləri onu tətbiq etməyə çalışacaq və o zaman bunun bütövlükdə Formula 1-ə necə təsir edəcəyi də sual altındadır. Bəllidir ki, hər bir maraqlı təklifin həyata keçirilməsindən əvvəl təfsilatlı araşdırma aparılması, bir sıra fərqli vəziyyətləri nəzərə alınması və hər cür mümkün ssenarilərə hazırlığa ehtiyac var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.