İDMAN


2021-ci ildə ağır atletika üzrə dünya çempionatına Peru ev sahibliyi edəcək

Bakı, 31 oktyabr, AZƏRTAC

2021-ci ildə ağır atletika üzrə dünya çempionatı Perunun paytaxtı Limada keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu haqda qərar Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin Türkmənistanın paytaxtı Aşqabadda keçirilən iclasında qəbul olunub.

Cari ildə dünya çempionatı Aşqabadda noyabrın 1-10-da keçiriləcək. Ötən il mundiala ABŞ-ın Anahaym şəhəri ev sahibliyi edib. Növbəti il isə çempionat Tailandın Pattaya şəhərində təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.