MƏDƏNİYYƏT


2021-ci ildə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16 faizdən çox azalıb

Bakı, 23 yanvar, AZƏRTAC

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2020-ci illə müqayisədə 16,3 faiz azalaraq 974,5 min nəfər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6 faiz, Gürcüstana gedənlərin sayı 75,3 faiz azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8 faiz artıb. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiyaya, 7,8 faizi Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə səfər edib.

Səfər edənlərin 66,3 faizini kişilər, 33,7 faizi qadınlar təşkil edib.

2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8 faizi hava, 28 faizi dəmir yolu və avtomobil, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.