İDMAN


2021-ci ilin ən yaxşı qapıçısı üçün təsis edilən Lev Yaşin mükafatının qalibi müəyyənləşib

Bakı, 30 noyabr, AZƏRTAC

"France Football" nəşrinin 2021-ci ilin ən yaxşı qapıçısı üçün təsis etdiyi Lev Yaşin mükafatının qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, sözügedən mükafata İtaliya millisinin və Fransanın PSJ klubunun qolkiperi Canluici Donnarumma layiq görülüb.

O, mükafat uğrunda mübarizədə kosta-rikalı Keylor Navası (PSJ, Fransa), almaniyalı Manuel Noyeri (“Bavariya”, Almaniya), braziliyalı Edersonu (“Mançester Siti”, İngiltərə), sloveniyalı Yan Oblakı (“Atletiko”, İspaniya), sloveniyalı Samir Handanoviçi (“İnter”, İtaliya), danimarkalı Kasper Şmeyxeli ("Lester", İngiltərə), belçikalı Tibo Kurtuanı ("Real Madrid", İspaniya), seneqallı Eduard Mendi ("Çelsi", İngiltərə) və agentinalı Emiliano Martinesi ("Aston Villa", İngiltərə) qabaqlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.