ELM VƏ TƏHSİL


2022-2026-cı illər üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb

2022-2026-cı illər üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-dan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbuluna start verilir.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənəd qəbulu üçün iyunun 1-i saat 23:59-dək davam edəcək.

Dövlət Proqramı çərçivəsində 2023-2024-cü tədris ili üçün prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı aidiyyəti qurumlarla razılaşdırılmaqla Elm və Təhsil Nazirliyi tərəfindən yenilənib. Yeni siyahı informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatıdaxil olmaqla 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 194 ali təhsil müəssisəsində ümumilikdə 4156 təhsil proqramını (595-i bakalavriat, 3561-i magistratura olmaqla) əhatə edir.

Sözügedən siyahıda prioritet ixtisas istiqamətlərindən biri üzrə müvafiq ildə universitetlərin beynəlxalq reytinq sistemlərində ilk onluğa (ixtisas reytinqi nəzərə alınmır) daxil olmuş ali təhsil müəssisələri tərəfindən təqdim edilən bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər.

Siyahıda əks olunan xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramları üzrə qəbul sənədləri əldə etmiş şəxslər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün keçiriləcək növbəti müsabiqədə iştirak etmək hüququ əldə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.