İDMAN
2022-ci ildə Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına Seneqal ev sahibliyi edəcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Yeniyetmələrin IV Yay Olimpiya Oyunları 2022-ci ildə Seneqalda təşkil olunacaq. Bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyasında yekdilliklə qəbul edilib. Afrika qitəsi ilk dəfə olaraq Yeniyetmələrin Yay Olimpiadasına ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, BOK-un İcraiyyə Komitəsinin komissiyası Seneqalın namizədliyini irəli sürən digər Afrika ölkələrindən – Tunis, Nigeriya və Botsvananın bu təklifini yüksək qiymətləndirib. Komissiyanın üzvlərinin fikrincə, Seneqalın təqdim etdiyi layihə daha ambisiyalı, texniki cəhətdən təminatlıdır və bu ölkədə gənclər və idman siyasətinin inkişafına töhfə verəcək.
Qeyd edək ki, Olimpiada Seneqalın tarixi paytaxtı Dakarda, yeni salınmış Diamniadio şəhərində və Sali sahillərində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]