DÜNYA
2022-ci ildə provayder xidmətlərinin İKT xərcləri 426 milyard dollara çatacaq
Bakı, 12 fevral, AZƏRTAC
“IDC” tədqiqat şirkətinin proqnozuna görə, yaxın bir neçə ildə bulud və rəqəmli xidmətlər provayderləri, həmçinin rabitə operatorları daxil olmaqla xidmət tədarükçüləri tərəfindən informasiya-kommunikasiya texnologiyalarına (İKT) xərclər ildə orta hesabla 6 faiz artacaq və 2022-ci ildə 426 milyard dollar təşkil edəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bulud və rəqəmli xidmət tədarükçüləri İKT şirkətləri üçün ən perspektivli bazar olacaq: texnologiyalara dair xərclər hər il 9 faiz yüksələcək və sözügedən dövrün sonuna yaxın 105 milyard dollar təşkil edəcək. Lakin ən böyük töhfə (254 milyard dollar) rabitə operatorları tərəfindən gözlənilir.
Analitiklərə görə, standart infrastruktur texnologiyalarına (serverlər, məlumat saxlama sistemləri, korporativ şəbəkə avadanlığı və proqram təminatı sistemləri) dair qlobal xərclərin 44 faizi xidmət tədarükçülərinin payına düşür.