DÜNYA


2023-cü ildə Teatr Olimpiadası Macarıstanda keçiriləcək

Budapeşt, 13 yanvar, AZƏRTAC

Gələn il Macarıstan paytaxtında Teatr Olimpiadası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, olimpiadada dünyanın əksər ölkələrinin milli teatrları iştirak edəcək.

Aleksandrinski teatrının rəhbəri, Rusiya Federasiyasının Xalq artisti Valeri Fokin bu günlərdə bildirib ki, qarşıdakı olimpiadada 2019-cu ildə Peterburqdakı təcrübə üzrə milli teatrların proqramı təqdim olunacaq. Xatırladaq ki, o vaxt olimpiada 100 mindən artıq tamaşaçı toplamışdı. Elə həmin ildə VIII Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda Macarıstanın Sosial Resurslar Nazirliyinin mədəniyyət məsələləri üzrə dövlət katibi Peter Fekete və Macarıstan Milli Teatrının bədii rəhbəri Attila Vidnyanski ölkələrinin 2023-cü ildə növbəti Teatr Olimpiadasına ev sahibliyi etmək niyyətini bildiriblər.

Fokinin sözlərinə görə, Macarıstanın namizədliyi bəyənilib, Viktor Orban hökuməti isə bu tədbirin keçirilməsi üçün hazırlıq prosesinə başlayıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.