Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

2023-cü ilin iqlimi: təbiət və insan üçün ciddi fəsadları olan yeni rekordlar

2023-cü ilin iqlimi: təbiət və insan üçün ciddi fəsadları olan yeni rekordlar

Bakı, 1 dekabr, AZƏRTAC

Ekstremal hava hadisələri, dağıntılar və çarəsizlik, məcburi köçkünlər; Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatına görə, 2023-cü il iqlim sahəsində rekordlar ilə yadda qalıb və müşahidələrin bütün tarixində ən isti il olub. AZƏRTAC xəbər verir ki, bu məlumatlar ÜMT-nin Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitinin açılışı günündə dərc edilən hesabatında yer alıb.

Nəşrin müəllifləri, həmçinin sammit iştirakçılarının diqqətini istixana qazlarının konsentrasiyasının artması, dəniz səthində temperaturun yüksəlməsi və dəniz səviyyəsinin qalxması, Antarktidada dəniz buzlaqlarının sahəsinin ən aşağı həddə düşməsi üzrə rekord göstəricilərə cəlb ediblər.

Oktyabrın sonuna olan məlumatlar göstərir ki, bu il havanın temperaturu 1850-1900-cu illərin sənayeyəqədərki baza səviyyəsindən təqribən 1,40 dərəcə Selsi yuxarı olub. 2023-cü ilin əvvəllər ən isti dövr hesab edilən 2016-2020-ci illərdən fərqi aydın şəkildə görünür və son iki ay çətin ki, bu şəraitə təsir edə bilsin.

2015-ci ildən 2023-cü ilə qədər olan son doqquz il tarixdə ən isti dövr olub. Şimal yarımkürəsində 2023-cü ilin yazında ortaya çıxan və yayda sürətlə inkişaf edən istiləşmə yaradan El Nino hadisəsi, çox güman ki, 2024-cü ildə istiliyi daha da artıracaq, çünki El Nino adətən öz zirvəsinə çatdıqdan sonra qlobal temperatura ən çox təsir edir.

“İstixana qazlarının konsentrasiyası rekord həddə çatıb. Qlobal temperatur da rekord səviyyəyə yüksəlib. Dəniz səviyyəsinin qalxması rekord səviyyədədir. Antarktidada dəniz buzlarının səviyyəsi rekord həddə azalıb. Bu, qırılmış rekordların qulaqbatırıcı kakofoniyasıdır”, - deyə Ümumdünya Meteorologiya Təşkilatının baş katibi, professor Petteri Taalas bildirib. O əlavə edib: “Bu, sadəcə statistika deyil. Buzlaqları xilas etmək və dəniz səviyyəsinin qalxmasını cilovlamaq üçün yarışı uduzmaq riskimiz var. Biz XX əsrin iqliminə qayıda bilmərik, lakin bu və sonrakı əsrlərdə getdikcə daha əlverişsiz iqlimin risklərini məhdudlaşdırmaq üçün indi hərəkətə keçməliyik”.

Professor Taalas daha sonra deyib: "Ekstremal hava hər gün insanların həyatını və dolanışıq vasitələrini pozur, hər kəsin erkən xəbərdarlıq xidmətləri vasitəsilə qorunmasını təmin etmək üçün təcili ehtiyacının vurğulayır".

Hesabat iqlim dəyişikliyinin qlobal miqyasını göstərir. O, ərzaq təhlükəsizliyi və əhalinin yerdəyişməsi də daxil olmaqla, sosial-iqtisadi təsirlər haqqında məlumat verir.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib: “Bu il biz yanğınların, daşqınların və qızmar istilərin dünyanın hər yerindəki icmaları vurduğunu gördük. Rekord qlobal istilər dünya liderlərini silkələnməyə məcbur etməlidir”. Quterreş Ümumdünya Meteorologiya Təşkilatının iqlim hesabatını müşayiət edən videomesajında liderləri BMT-nin COP28 iqlim dəyişikliyi danışıqlarında təcili tədbirlər görməyə çağırır. Onun sözlərinə görə, müsbət dəyişikliklər üçün hələ də ümid var.

BMT-nin Baş katibi əlavə edib: “Bizim qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq və iqlim xaosunun ən pis təsirlərindən yayınmaq üçün yol xəritəmiz var. Lakin iqlimlə bağlı fəaliyyət planlarının növbəti raundunda aydın gözləntilər müəyyən etməklə və onları mümkün etmək naminə tərəfdaşlıq və maliyyələşdirmə öhdəliyi götürməklə 1,5 dərəcə Selsi limitini qorumaq üzrə yarışa başlamaq üçün COP28-də liderlərə ehtiyacımız var; vəzifələr bərpaolunan enerjini üç dəfə artırmaq və enerji səmərəliliyini iki dəfə çoxaltmaq, habelə 1,5 dərəcə Selsi limiti ilə əlaqəli açıq bir zaman çərçivəsində qazıntı yanacaqlarını mərhələli şəkildə ləğv etmək öhdəliyi götürməkdən ibarətdir”.

Quraqlıq, daşqın və istilik dalğaları kimi ekstremal hava hadisələrinin tezliyinin artması səhiyyə infrastrukturunda da əlavə gərginlik yaradır.

Üç əsas istixana qazının - karbon qazı, metan və azot oksidinin müşahidə edilən konsentrasiyaları ümumi qlobal dəyərlərin mövcud olduğu son il olan 2022-ci ildə rekord həddə çatıb. Bir sıra xüsusi yerlərdən real vaxtda alınan məlumatlar göstərir ki, bu üç istixana qazının konsentrasiya səviyyələri 2023-cü ildə də artmağa davam edib.

2023-cü ildə (oktyabrda) qlobal orta səth temperaturu 1850-1900-cü illərin orta göstəricisindən təxminən 1,40 (±0,12) dərəcə Selsi yuxarı idi. Oktyabr ayına qədər olan məlumatlara əsasən, 2023-cü ilin əvvəlki ən isti illəri geridə qoyaraq, rekord səviyyədə ən isti ili olacağı faktiki olaraq dəqiqdir.

Qlobal orta dəniz səthinin temperaturu (SST) Şimal yarımkürəsində yazın sonundan bəri ilin bu vaxtı üçün rekord həddə çatıb. Şimali Atlantikanın şərqində, Meksika körfəzində və Karib dənizində, eləcə də geniş dəniz isti dalğalarının müşahidə olunduğu Cənubi Okeanın geniş ərazilərində müstəsna dərəcədə isti temperatur qeydə alınıb.

Okean istiliyi də 2022-ci ildə - 65 illik rekordda tam məlumatın mövcud olduğu son ildə zirvəyə çatıb.

İstiləşmənin gələcəkdə də davam edəcəyi gözlənilir, bu dəyişiklik əsrlərdən minilliklərə qədər zaman miqyasında geri dönməz prosesdir. Bütün məlumatlarda göstərilir ki, okeanların istiləşmə sürəti son iyirmi ildə xüsusilə dramatik şəkildə artıb.

2023-cü ildə qlobal orta dəniz səviyyəsi 1993-cü ildən bəri ən yüksək səviyyəyə çatıb ki, bu da okeanların davamlı istiləşməsi, habelə buzlaqların və buz təbəqələrinin əriməsini əks etdirir. Son on ildə (2013-2022) qlobal orta dəniz səviyyəsinin qalxma sürəti peyk müşahidələrinin birinci onilliyindəki (1993-2002) dəniz səviyyəsinin qalxma sürətindən iki dəfə çoxdur.

Fevral ayında Antarktikada dəniz buzunun həcmi peyk dövrü üçün (1979-cu ildən indiyədək) ən aşağı həddə çatıb. İyun ayından başlayaraq, buzun həcmi ilin bu vaxtı üçün rekord səviyyədə idi.

Arktika dəniz buzunun həcmi normadan xeyli aşağıda qalıb, burada illik maksimum və minimum dəniz buzunun hüdudları müvafiq olaraq rekord üzrə beşinci və altıncı ən aşağı səviyyədədir.

Şimali Amerikanın qərbində və Avropa Alp dağlarında buzlaqlar həddindən artıq ərimə mövsümünü yaşayıb. İsveçrədə buzlaqlar son iki ildə qalan həcminin təxminən 10 faizini itirib.

Ekstremal hava və iqlim hadisələri bütün məskunlaşmış qitələrə böyük təsir göstərib. Bunlara böyük daşqınlar, tropik siklonlar, həddindən artıq istilik və quraqlıq, həmçinin onların səbəb olduğu meşə yanğınları daxildir.

Fəlakətlərin azaldılmasının kritik komponenti effektiv çoxtərəfli erkən xəbərdarlıq sistemlərinin mövcudluğudur. Beynəlxalq Hamı üçün Erkən Xəbərdarlıq təşəbbüsü 2027-ci ilin sonuna qədər hər kəsin bu cür sistemlərlə müdafiə olunmasını təmin etmək məqsədi daşıyır. Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivəsinin qəbul edilməsindən sonra yerli fəlakət riskinin azaldılması strategiyalarının işlənib hazırlanması və həyata keçirilməsi daha da güclənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində baş verən yanğında 15 nəfər ölüb

Türkmənistanda “Azərbaycan mətbəxi və mədəniyyəti” adlı tədbir keçirilib

Avropa İttifaqı Polşa fermerlərinə 1,4 milyard avro yardım ayıracaq

Türk alim: Həddindən artıq səs-küy uşaqlarda eşitmə zəifliyinə səbəb olur

Macarıstan İsveçdən 4 ədəd “Gripen” qırıcı təyyarəsi alacaq

Azərbaycan diasporu Stalinqrad döyüşündə qələbənin 81-ci ildönümünü qeyd edib

Göyçayda “Bir gecənin faciəsi” adlı tədbir keçirilib

Avropa İttifaqı Budapeştə 800 milyon avro yardım ayıracaq

Ümumtəhsil məktəblərinin peşə təmayüllü siniflərində “Açıq qapı” günü keçirilib

Tehranda Rəşt-Astara dəmir yolunun çəkilməsi ilə bağlı məsələlər müzakirə olunacaq

Şuşa-Laçın yolunda maraqlı görüntü FOTO VİDEO

Misir və BƏƏ 35 milyard dollar dəyərində kurort tikmək üçün müqavilə imzalayıblar

Hüquq Akademiyası layihəsinin açılışı olub

Poltavada Xocalı soyqırımı qurbanları yad edilib

Lənkəranda baş verən qəzada piyada ölüb

“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırılıb

ABŞ Maliyyə Nazirliyi bir sıra Rusiya banklarını yeni sanksiyalar paketinə daxil edib

Masallının Dico və Ulum kəndlərinə ilk dəfə elektrik enerjisi veriləcək

Tahir Gözəl: Avropada hamı “Qarabağ”a ehtiramla, heyranlıqla yanaşır

Sumqayıt şəhərinin Tarixi Muzeyində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Elçin Əmirbəyov: Sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır

Qurban Qurbanov: “Bayer”lə oyun "Qarabağ" üçün böyük təcrübədir

Milli Məclisin sədri Qətər Dövlətinin Şura Məclisinin sədr müavini ilə görüşüb

Xocalı soyqırımı qan yaddaşımızdır

Emin Əmrullayev Beyləqanda təmir edilən məktəbdə olub

Bakıda Küveytin Milli Günü qeyd olunub

Azərbaycan Texniki Universitetinin 2024-cü il üçün prioritet istiqamətlər üzrə Fəaliyyət Planı təsdiqlənib

Almaniyanın məşhur şirkətinin əməkdaşları AzTU-da seminar keçirib

Səfir: Küveytdən Azərbaycana turist axını sürətlə artıb

AzTU SAP Universitetlər Alyansına üzv oldu

Naxçıvanda "Aqrar könüllülük" proqramına start verilib

Səfir: Küveyt və Azərbaycan arasında beynəlxalq arenada bir çox məsələlərdə sıx əməkdaşlıq mövcuddur

Milli Məclisin sədri Maldiv Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşüb

UNEC-in Zaqatala filialının tələbələri Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər

Maliyyə Monitorinqi Xidməti 15 illiyini qeyd edir

Rusiya XİN: Moskva KTMT-də iştirakının dondurulması ilə bağlı Ermənistandan əsaslandırıcı izahat gözləyir

Prezidentin səlahiyyətli nümayəndəsi Hərbi Hava və Hava Hücumundan Müdafiə birləşmə və hissələrində olub

Bakıda "Ənənəvi yapon qılınc döyüşü performansı” tədbiri keçirilib

Yalçın Rəfiyev: Küveyt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib

Milli Məclisin növbəti plenar iclası keçirilib

Xocalı soyqırımından bəhs edən yeni sayt yaradılıb

Xəzər dənizində zəlzələ olub

Balakəndə “Külə dönmüş arzular” tamaşası nümayiş olunub

Fransanın yürütdüyü siyasət sülh və təhlükəsizliyə qarşı zərbədir

ÜST: Avropa regionunda 1,2 milyon uşaq təcili peyvəndlənməlidir

Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Keniyanın Baş prokuroru "ASAN xidmət"də

Milli Kitabxanada Əli bəy Hüseynzadəyə həsr olunan kitab sərgisi açılıb

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

Konstitusiya Məhkəməsində yeni təyin olunmuş hakim Fikrət Məmmədov kollektivə təqdim edilib

Xocalı dəhşətini heç zaman unutmayacağıq

Ağdaş və İsmayıllı sakinləri odlu silahları polisə təhvil veriblər

Mateo Vituari: Azərbaycan ilə İtaliya universitetləri və şirkətlərinin sıx əməkdaşlığını müşahidə edirik

® “Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans keçiriləcək VİDEO

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Muzey Mərkəzi bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunmuş konsert-portret layihəsini təqdim edir

Premyer Liqa: “Kəpəz” vacib qələbə qazanıb

Qisasımız qiyamətə, torpaqlarımız mənfurlara qalmadı...

Tanınmış məşqçi Azərbaycan şahmatçıları ilə işləyəcək

Biləsuvarda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

Ağabəy Azərbaycani: Yetmişillik tibb təcrübəmi azad edilmiş ərazilərin sakinlərinə də tətbiq etmək istəyirəm

Xocalı soyqırımı qurbanlarının xatirəsi Varşavada da anılıb

“Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb

® Dünyaşöhrətli rol model Angela Pearl “Millionaire Concept Network” tərəfindən “Gold Member” seçildi

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatıb YENİLƏNİB

Biznes subyektlərinin nümayəndələri üçün məlumatlandırma görüşü keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə və 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi stimullaşdırılması məqsədilə Aparatın hesabına köçürülən büdcədənkənar vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 mart tarixli 86 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ombudsman: Aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin izlərini üzə çıxarır

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Yüksək tribunalardan “humanizm” və “demokratiya”dan danışan Fransanın siyasətinin əsasında neokolonializm dayanır - ŞƏRH

Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb

Su çərşənbəsində bu ilin ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

“MathCamp 2024” yaz düşərgəsinin növbəti mövsümünə start verilir

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin mart ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Ədəbiyyat Muzeyində akademik Həmid Araslıya həsr olunan elmi sessiya

“Qarabağ”ın prezidenti: Avropanı təəccübləndirməyə çalışacağıq

Azərbaycan millisinin kapitanı: Bəzi komandalar "Qarabağ"dan çox şey öyrənməlidir

SOMDA-nın regional idarələrinin hərbi qulluqçuları qanvermə aksiyasında iştirak edib

Elm və təhsil naziri Beyləqanda vətəndaşlarla görüşüb

Nazir Məcnun Məmmədov Bərdədə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Türkiyənin “Bayraktar Akıncı” PUA-larının alınması ilə bağlı doqquz ölkə müqavilə bağlayıb

Tbilisidəki Cümə məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Ov mövsümü başa çatır

Tailandın Kralı Maha Vaçiralonqkorndan

Peyvəndləmə qızılca və digər infeksion xəstəliklərə qarşı effektiv profilaktika üsuludur

® Azərbaycan Transxəzər marşrutu üzrə ən önəmli qovşaqlardan biri kimi müstəsna rola malikdir

“Neftçi”nin beş futbolçusu “Turan Tovuz”la matçı buraxacaq

Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur

Tailand Krallığının Baş naziri Settxa Txavisindən

AQTİ mütəxəssisləri xaricdə fəaliyyət göstərən qida obyektlərinin qiymətləndirilməsini davam etdirir

Tallində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib VİDEO

Türkiyəni yanvarda 2 milyondan çox əcnəbi turist ziyarət edib

Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs məsuliyyətə cəlb olunub

Azərbaycan xalqı Xocalı faciəsini unutmayacaq

“Dirçəliş” komandası “Breyn-rinq” intellektual oyununda iştirak edəcək

Mahmud Qurbanov: “Qarabağ”ın “Bayer”lə budəfəki dueldən qalib ayrılacağına inanıram

Dövlət Teatr Muzeyində tədbir: “Xocalıdan danış mənə!”