İDMAN


2024-cü il Yay Olimpiya Oyunları Parisdə keçiriləcək

Bakı, 1 avqust, AZƏRTAC

2024-cü il Yay Olimpiya Oyunları Fransanın paytaxtı Parisdə keçiriləcək.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci il Yay Olimpiya Oyunlarının isə ABŞ-ın Los-Anceles şəhərində keçirilməsini təklif edib.

BOK-un prezidenti Tomas Bax qurumun sentyabrın 13-də keçiriləcək sessiyada bununla bağlı rəsmi müqavilənin imzalanacağını açıqlayıb.

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün Paris və Los-Anceles şəhərləri namizəd idi. BOK bu iki şəhərə 2024 və 2028-ci il olimpiadalarını öz aralarında müəyyənləşdirməyi təklif etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.