Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə ümumi yekunların müəyyənləşdirilməsi ilə əlaqədar işlərin başa çatmış hesab edilməsi və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərin ümumi yekunlarına dair Protokolunun tərtib olunması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki dairələri üzrə səsvermənin yekunları barədə dairə seçki komissiyalarının qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada tərtib edilən protokolları müvafiq zəruri sənədlərlə birgə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin sənədlər müəyyən olunmuş müddət ərzində yoxlanılmışdır. Bunun nəticəsində 13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 26 saylı, 18 saylı Nərimanov–Nizami–Binəqədi seçki dairəsinin 15 saylı, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı, 38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı, 41 saylı Gəncə–Samux–Goranboy seçki dairəsinin 38 saylı, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5 və 9 saylı, 52 saylı Yevlax seçki dairəsinin 2 və 8 saylı, 80 saylı Lerik–Astara seçki dairəsinin 88 saylı, 82 saylı İmişli–Saatlı seçki dairəsinin 41, 42, 44 və 45 saylı, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25 və 34 saylı və 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin mümkünsüzlüyü səbəbindən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, eləcə də seçkilərin hazırlanması, keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılmalıdır.

Qeyd edilənlər nəzərə alınmaqla, seçkilərin ümumi yekunlarının müəyyənləşdirilməsi üçün dairə seçki komissiyaları protokollarının və onlara əlavə olunmuş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilməlidir.

Beləliklə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2-ci maddəsinə görə, seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu tərtib edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 28.2-ci, 28.4-cü, 108.2-ci və 171.2-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarının yoxlanılması nəticəsində 13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 26 saylı, 18 saylı Nərimanov–Nizami–Binəqədi seçki dairəsinin 15 saylı, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı, 38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı, 41 saylı Gəncə–Samux–Goranboy seçki dairəsinin 38 saylı, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5 və 9 saylı, 52 saylı Yevlax seçki dairəsinin 2 və 8 saylı, 80 saylı Lerik–Astara seçki dairəsinin 88 saylı, 82 saylı İmişli–Saatlı seçki dairəsinin 41, 42, 44 və 45 saylı, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25 və 34 saylı və 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyən etmək mümkünsüz olduğundan, həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin, seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə, ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılsın (Əlavə 1).

2. Seçkilərin ümumi yekunlarının müəyyənləşdirilməsi üçün dairə seçki komissiyalarının səsvermənin yekunlarına dair protokolları və onlara əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab olunsun.

3. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu tərtib edilsin.

4. Bu Qərar dərc olunduğu gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin