RƏSMİ SƏNƏDLƏR
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Demokrat Partiyası Ali Məclisinin 2024-cü il 4 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Həsrət Qurbanəli oğlu Rüstəmov
Taliyət Məhəmməd oğlu Əliyev
Nurəddin Mənsim oğlu İsmayılov
Nazilə Cahangir qızı Soltanova
Zakir Hüseyn oğlu Hüseynov
Cəsur Tofiq oğlu Məmmədov
Kamran Yaşar oğlu Nəsirli
Murad Salədin oğlu Kərimov
Nizami Kamil oğlu Məmmədzadə
Nizami Sabir oğlu Məmmədov
Nəvayi Nəcəf oğlu Quliyev
Səidə Bahadur qızı Hüseynova
Cəsur Mehralı oğlu Dünyamalıyev
Ramiz Şirzad oğlu Məmmədov
Teymur Qara oğlu Məmmədov
Əlirza Xudaverdi oğlu Tağıyev
Xaliddin Baloğlan oğlu Cahangirov
Musa Əhməd oğlu Əhmədov
İsmayıl Kərəm oğlu Əsgərov.
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Daşqın Ağarza oğlu Nuriyev.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov