Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Ümid Partiyası tərəfindən səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

İqbal Fehruz oğlu Ağa-zadə

Ənvər Sərdar oğlu Ağazadə

Taleh Məhəmməd oğlu Əliyev

Tamilla Famil qızı Qulami

Anar Rafiq oğlu İsayev

Rəfail Alı oğlu Tağızadə

Səməd Əbdüləli oğlu Hətəmov

Qasım Rəhim oğlu Həsənov

Elnurə Zakir qızı Əliyeva

Məhəbbət Sərdar oğlu Orucov

Olqa Petrovna Həşimova

İlahə Artur qızı Sadıqova

Şükür İlqar oğlu Cavadov

Xanlar Nüsrət oğlu Abbasov

Mübariz Mustafa oğlu Maxsudov

Faiq Həsən oğlu Əliyev

Fizuli Qurban oğlu Əsgərov

Salman Məhəmməd oğlu İmanlı

Bəybala Əşrəf oğlu Əliyev

İmadəddin Məlikəhməd oğlu Səlimov

Namiq Zakir oğlu Əliyev

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Elman Abdulla oğlu Abbasov

Elşən Nadir oğlu Quliyev.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin