Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Xalq Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Xalq Partiyası İdarə Heyətinin 2024-cü il 2 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Xalq Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Pənah Çodar oğlu Hüseyn

Qiyas Böyükağa oğlu Sadıqov

Məzahir İsrayıl oğlu İsrayılov

Kənan Zaman oğlu Əsgərli

Mübariz Qədir oğlu İsmayılov

Günay Pənah qızı Hüseyn

Hüseyn Mehralı oğlu Behbudov

Vaqif İlyas oğlu Allahverdi

Mirsəmid Mirelyas oğlu Həmzəyev

Mircəlal Mirsəmid oğlu Həmzəyev

Əltoğrul Adil oğlu Hüseyn

Aynur Vidadi qızı Hüseyn

Namik Məmmədağa oğlu Nəsirli

Nazim Məmmədağa oğlu Nəsirov

Novruz Misir oğlu Quluzadə

Xanoğlan Soltan oğlu Qulu

Əvəz Bəbirxan oğlu Temirxan

Məhəmməd Novruz oğlu Quluzadə.

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

Rais Əlikiram oğlu Atakişiyev.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr                   Məzahir Pənahov

Katib                  Arifə Muxtarova

Katib                  Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin