2025-2026-cı tədris ili üzrə 113 minə yaxın uşaq artıq 1-ci sinfə qəbul olunub VİDEO

Bakı, 14 iyun, AZƏRTAC
2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir.
Bu günə qədər 113 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, proses sentyabrın 12-dək davam edəcək: “Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər “mektebeqebul.edu.az” saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.07.2025 [15:00]
ADPU-nun Quba filialının nümayəndə heyəti AZƏRTAC-da olub
- 16.07.2025 [12:20]
BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub
- 16.07.2025 [12:19]