Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ağ Partiyası İdarə Heyətinin 2024-cü il 14 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Ağ Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

Səlahiyyətli nümayəndələr:

Mehdi Xilqət oğlu Ağazadə

Tural Seymur oğlu Bəkirov

Nigarə Mübariz qızı Məmmədova

Camal Maksim oğlu Kazımov

Fərqanə Bəhrəm qızı Həmidova

Ayaz Mahir oğlu Teymurov

Nayıb Bəhrəm oğlu Quliyev

Lila Abdurahman qızı Məmmədova

Rüfət İbrahim oğlu Hacıbəyli

Pərvin İkram oğlu İsrafil

Nərmin Mahir qızı Həsənova

Qələm Fikrət qızı Səmədova

Şəhriyar Nazim oğlu Vəliyev

Səfər Abasağa oğlu Abasov

İkram Müşfiq oğlu Qəzənfərli

İqrar İlqar oğlu Əzizli

Tacəddin Ağakişi oğlu Paşayev

Araz Mahir oğlu Teymurov

Kamran Fərhad oğlu Məmmədli

Rəhim Rüfət oğlu Əhmədzadə

Toğrul Feyruz oğlu Abbasov

Nizami Qələndər oğlu Məmmədov

Yusif Müzəffər oğlu Quliyev

Rəşad Sərdar oğlu Kazımov

Yusif Gündüz oğlu Həsənov

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Səddam Saməddin oğlu Nəcəfov

Vüsal Şövkət oğlu Əliyev.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr               Məzahir Pənahov

Katib              Arifə Muxtarova

Katib              Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin