Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının 2024-cü il 2 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Rəşad Aydın oğlu Bayramov

Yəhya Məhəmmədli oğlu Həsənov

Elşən Mansur oğlu Mustafayev

Çingiz İmris oğlu Şahbazi

Məmmədəli Talıb oğlu Səfərov

Tapdıq Həsən oğlu Həsənov

Məmməd Əliağa oğlu Qurbanov

Bəhmən Tofiq oğlu Xanəlizadə

Eldar Zabit oğlu Aslanov

Güləddin Rza oğlu Şahverənov

Xalıqverdi Həsən oğlu Həsənov

Həsən Əli oğlu Həsənov

Zəminə Şixsəməd qızı Əskərova

Təbriz Səməndər oğlu Musayev

Zahid Hüseyn oğlu Qarayev

Yabil Tofiq oğlu Abbasov

Əlibaba Gülalı oğlu Salmanov

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Afsəddin Qinyaz oğlu Nəbiyev

Məmməd Əsəd oğlu Qələndərli.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin