Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Ümid Partiyası İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Ənvər Sərdar oğlu Ağazadə

Taleh Məhəmməd oğlu Əliyev

Rəfail Alı oğlu Tağızadə

Tamilla Famil qızı Qulami

Anar Rafiq oğlu İsayev

Səməd Əbdüləli oğlu Hətəmov

Qasım Rəhim oğlu Həsənov

Raifə Rafiq qızı Səfərova

Məhəbbət Sərdar oğlu Orucov

İlahə Artur qızı Sadıqova

Şükür İlqar oğlu Cavadov

Mübariz Mustafa oğlu Maxsudov

Faiq Həsən oğlu Əliyev

Salman Məhəmməd oğlu İmanlı

İmadəddin Məlikəhməd oğlu Səlimov

Ramiz Adil oğlu Əlizadə

Aslan İsmayıl oğlu Əzimov

Əlibala Sahib oğlu Əliyev

Nazim Murad oğlu Kişiyev

Elsevər Sədi oğlu Şükürov

Cavad Məmməd oğlu İsmayıllı

Turab Rövşən oğlu Balayev

Camaləddin Əli oğlu İlyasov

Süleyman Salman oğlu Kərimov

Natiq Musa oğlu Səfərov

Əslan Seyran oğlu Əliyev

Seyfi İnqilab oğlu Həsənov

Əhlula Beydulla oğlu Məmmədov

Olqa Petrovna Həşimova

Cavid Vəlid oğlu Siyahov

Səfa İslam qızı Orucova

İmamverdi Səməd oğlu Verdiyev

Nurməmməd Əlövsət oğlu Mahmudov

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Elşən Nadir oğlu Quliyev

Elnurə Zakir qızı Əliyeva.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin