Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin 2024-cü il 7 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Yaşar Rəşid oğlu Kələntərov

Vaqif Şirin oğlu Abışov

Nəsimi Vələd oğlu İsayev

Kənan Vasil oğlu Quliyev

Əsgər Rövşən oğlu Qurbanov

Vasif Vidadi oğlu Bağırov

Mübariz Hüccətulla oğlu Əmirov

Akif Tofiq oğlu Qəmbərov

Dədəbək Özibək oğlu Sahratov

Emil Namət oğlu Qasımov

Məhəmməd Vahyəddin oğlu Həşimov

Həmid Ələmşah oğlu Əliyev

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

İlqar Əlixan oğlu Məmmədxanov

Mahir Həmzə oğlu Zeynalov

Nəzrin Mahir qızı Cəfərova

Rövşən Elşən oğlu İsmayılov

Bəhrəm Əlif oğlu Yusifov

Baxçalı İlham oğlu Əliyev

Əliyar İmanxan oğlu Bəşirov

Elnarə Ədalət qızı Bəkirli

Əcəbnaz Teymur qızı Heydərova

Mösüm Cabar oğlu Mahmudov.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin