Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunması qaydasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 29.4-cü, 107-ci və 238-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyalarının protokollarının tərtib edilməsi “Əraziləri seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə səsvermə protokollarının tərtibinə dair Cədvəl”ə uyğun olaraq müəyyən edilsin (cədvəl əlavə olunur).

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin