Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyası İdarə Heyətinin 2024-cü il 18 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Ağalar Qədim oğlu Məmmədov

Arzu Natiq oğlu Babayev

Firdovsi Tofiq oğlu Bədəlov

Ziyafət Ələkbər oğlu Ələkbərov

Rəşad Fazil oğlu Məhəmmədov

İlyas Vəli oğlu Alıyev

İlham Əmiraslan oğlu Həsənov

Yusif Hüseyn oğlu Allahyarov

Seymur Qurban oğlu Rəcəbov

Natavan Fikrət qızı Qurbanova

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Əmir Ziyad oğlu Çıraqəliyev

Məhərrəm Cəfər oğlu Cəfərov

Rəşad Haşim oğlu Abbasov

Samir Qulu oğlu Nəsirov

Əliyar Əliş oğlu Şirməmmədov

Eyvaz Rza oğlu Əliyev

Elçin Valeh oğlu İsmayılov

Zeynal Pirməd oğlu Həmidov

Elçin Hidayət oğlu Abbasquliyev.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr             Məzahir Pənahov

Katib            Arifə Muxtarova

Katib            Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin