Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Milli Cəbhə Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Milli Cəbhə Partiyası İdarə Heyətinin 2024-cü il 9 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Milli Cəbhə Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Kamil Möhbalı oğlu Babayev

Vüqar Piri oğlu Dadaşov

Ehtiram Təvəkkül oğlu Mehtiyev

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə

Sənan Rafiq oğlu Daşdəmirli.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin