Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının 2024-cü il 28 noyabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Samir Şakir oğlu Əsədli

Yusif Mətləb oğlu Xantemirov

Felmar Əli oğlu Ələkbərov

Nəsimi Çərkəz oğlu Şərəfxanlı

Aysel Xanlar qızı Səfərli

Nazlı Dadaş qızı Ağayeva

Abdulla Aydın oğlu Abdullayev

Ramiddin Oktay oğlu Qırxlarov

Əkbər Rafiq oğlu Şirinov

Daniel Zazayeviç Poladaşvili

Elçin Mahmudağa oğlu Nuriyev

Valentin Vaçikoviç Afatov

Seyhun Şakir oğlu Əsədli

Eldar Hüseynalı oğlu Cəfərov

Lətafət Arif qızı Həsənova

Yuriy Pavloviç Voronin

Samirə Şakir qızı Kərimova

Zaur Mitya oğlu Məmmədov

Elvin Kazım oğlu Həziyev

Zöhrab Vahid oğlu İsmayılov

Kənan Knyaz oğlu Həsənov

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə

Səlahəddin Bərzani oğlu Əsgərov.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin