İDMAN


2026-cı il dünya çempionatının şüarı - “Biz – 26”

2026-cı il dünya çempionatının şüarı - “Biz – 26”

Bakı, 19 may, AZƏRTAC

FIFA-nın prezidenti Canni İnfantino 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının şüarını açıqlayıb.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, mundial “Biz – 26” şüarı ilə keçiriləcək.

FIFA-nın prezidenti qeyd edib ki, dünya çempionatına 16 şəhər ev sahibliyi edəcək. Bu şəhərlər əyləncəli məkanları və qonaqpərvər insanları özündə cəmləşdirir. İnanırıq ki, 2026-cı il dünya çempionatının oyunları azarkeşlərə unudulmaz anlar bəxş edəcək.

Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada təşkil olunacaq.

Mundiallar tarixində ilk dəfə 48 milli komanda birincilik uğrunda mübarizə aparacaq. Əvvəllər dünya çempionatlarında 32 komanda çıxış edirdi. Hazırkı dünya çempionu Argentina millisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.