2026-cı ilədək Ağdam, Füzuli, Tərtər və Xocavənddə ümumilikdə 15 min 999 fərdi ev və mənzil tikiləcək - YENİLƏNİB
AzerTAg.az

Ağdam, 16 fevral, T.Ağaməmmədov, AZƏRTAC
Ağdamda bir neçə yeni pilot layihə tətbiq edilir. Prezidentin tapşırığı ilə layihələndirilən bütün işlərə start verilib və bəzi işlərdə isə sürət artırılıb. Qarşımıza 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qoyulub. Ümumilikdə 2024-2026-cı illərdə Ağdam rayonunda 9690, Füzuli rayonunda 5634, Tərtər rayonunda 368, Xocavənd rayonunda 307 olmaqla, cəmi 15 min 999 fərdi ev və mənzilin tikilməsi nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında çıxışı zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, Ağdamda 2 yaşayış məhəlləsinin layihələndirilməsi başlanılıb: “Daha 3 layihə də nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək. Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb”.
Xəbərin mətnində orfoqrafik səhv var