İQTİSADİYYAT


KOBİA və Misirin müvafiq təşkilatı arasında anlaşma memorandumu imzalanıb

KOBİA və Misirin müvafiq təşkilatı arasında anlaşma memorandumu imzalanıb

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Bakıda keçirilən Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Misirin Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sənədi Misir Ərəb Respublikasının Beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Mashat və agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Memorandum hər iki ölkənin KOB-ları arasında, xüsusilə startap və qadın sahibkarlığı sahəsində əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili kimi istiqamətləri əhatə edir. Komissiyanın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin KOB-larının iştirakı ilə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.