İQTİSADİYYAT


2030-cu illərdə qlobal neft tələbatı azalacaq

Bakı, 13 noyabr, AZƏRTAC

Qlobal neft tələbatı 2030-cu illərdə azalacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Bildirilir ki, bununla da daha səmərəli avtomobillər və elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrindən istifadə nəticəsində keçən əsrdə üstünlük təşkil edən tələb artımı başa çatacaq.

IEA gündəlik 1 milyon barrel olan hazırkı illik artımın növbəti 5 il ərzində də davam edəcəyini, lakin 2030-cu illərdə sutkada 100 min barrelə enəcəyini nəzərə tutur.

Qlobal karbon qazı tullantıları isə inkişaf etməkdə olan ölkələrdə kömür və ənənəvi yanacaq istehlakının çoxalması fonunda 2040-cı ilə qədər artmaqda davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.