İQTİSADİYYAT


2040-cı ildə qlobal enerji tələbatı 34 faiz artacaq

Bakı, 14 noyabr, AZƏRTAC

Qlobal enerji tələbatının 2040-cı ildə ötən ilə nisbətən 34 faiz artaraq 19 milyard 177 milyon ton neft ekvivalentinə çatacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Bildirilir ki, keçən il qlobal enerji tələbatı 14 milyard 314 milyon ton neft ekvivalentinə bərabər olub.

2040-cı ilə qədər dünyada ən böyük enerji tələbatı 8 milyard 208 milyon ton neft ekvivalenti ilə Çinin də daxil olduğu Asiya-Sakit Okean ölkələrində formalaşacaq. Bu bölgəni 2 milyard 686 milyon ton neft ekvivalenti ilə Şimali Amerika izləyəcək.

Avropada isə enerjiyə tələbat 2040-cı ilədək 530 milyon ton neft ekvivalenti azalacaq. Bu azalmaya baxmayaraq, Avropa Asiya-Sakit Okean və Şimali Amerikadan sonra 1 milyard 723 milyon ton neft ekvivalenti ilə enerjiyə ən çox tələbat olan üçüncü bölgə olacaq. Avropanı 1 milyard 318 milyon ton neft ekvivalenti ilə Afrika və 1 milyard 206 milyon ton neft ekvivalenti ilə Yaxın Şərq bölgəsi izləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.