İQTİSADİYYAT


2045-ci ilədək bərpaolunan enerji mənbələri üzrə tələbat ildə orta hesabla 6,6 faiz artacaq

Bakı, 12 oktyabr, AZƏRTAC

2045-ci ilə qədər bərpaolunan enerji mənbələri üzrə tələbat hər il orta hesabla 6,6 faiz artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə 2045-ci ilədək qlobal iqtisadiyyat, neft və enerji tələbatı və tədarükü üzrə orta və uzunmüddətli proqnozları özündə cəmləşdirən OPEC-in “Dünya Neft Görünüşü 2020” hesabatında deyilir.

Bildirilir ki, 2045-ci ilədək qlobal enerji qarışığında günəş, külək və jeotermal kimi bərpaolunan enerji mənbələri ən çox artan enerji növləri olmaqda davam edəcək. Bu enerji mənbələrində tələbat hər il orta hesabla 6,6 faiz artaraq gündəlik 25 milyon barrel neft ekvivalentinə bərabər yüksələcək. Bərpaolunan enerji mənbələri bu artım sürəti ilə bütün digər enerji növlərini üstələyəcək.

Hesabat dövründə elektrik enerjisi istehsalındakı artım əsas enerji tələbatındakı artımdan çox yüksək olacaq. Əsas enerji tələbatının ildə orta hesabla 0,9 faiz artacağı gözlənilir. Elektrik enerjisi istehsalı isə ildə orta hesabla 2,2 faiz artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.