DÜNYA


2050-ci ildə Avropa İttifaqında 300 kVt dəniz külək enerjisindən istifadə olunacaq

Lissabon, 19 noyabr, AZƏRTAC 

Bərpa olunan dəniz enerji mənbələri üçün yeni Avropa strategiyası Brüsseldə Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans və enerji üzrə komissar Kadri Simson tərəfindən təqdim olunub.

AZƏRTAC xəbər verir ki, 2050-ci ildə Avropa İttifaqında 300 kVt dəniz külək enerjisinin istifadə olunacağı gözlənilir və Portuqaliya dənizlərində bunun üçün müəyyən imkanlar var.

Hazırda Portuqaliya kimi ölkələr, dəniz dibinə turbinləri lövbər salmağın mümkün olmadığı, məsələn, Danimarka Şimal dənizində kimi dərin sular səbəbindən şelfdəki yenilənə bilən enerji mənbələrinin istifadəsində hələ də məhduddurlar.

Avropa İttifaqının yeni strategiyası bütün Avropa sahillərinin bu enerjidən faydalanmasını təmin etməyi hədəfləyir və üzən turbinlərin tətbiqini dəstəkləyir.

Avropada yalnız iki kiçik üzən külək stansiyası var, bunlardan biri Portuqaliyanın Viana-du-Kaştelu dəniz limanında quraşdırılıb. Onun üzərində gücü 25 MVt olan üç turbin işləyir. 2022-ci ildə gücün 300 MVt-a, 2030-cu ildə isə 7 GVt-a qədər genişləndirilməsi gözlənilir.

Dəniz külək qurğuları 2050-ci ildə bütün dəniz gücünün üçdə birini təşkil edəcək.

Qarşıdakı 10 ildə Avropa İttifaqının dəniz limanlarına 6,5 milyard avro lazım olacaq, çünki dənizdəki külək stansiyaları üçün bütün avadanlıq limanlardan keçir. Onların geniş məkana, ağır yüklərə davam edə biləcək limana və dərin sulara sahib olmaları lazımdır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lİssabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.