REGİONLAR


Mingəçevir Dövlət Universitetinin tələbələri üçün təlim-təcrübə proqramı təşkil olunub

Mingəçevir Dövlət Universitetinin tələbələri üçün təlim-təcrübə proqramı təşkil olunub

Bakı, 31 mart, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) və “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsi arasında əməkdaşlıq çərçivəsində universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün növbəti iki həftəlik təlim-təcrübə proqramına start verilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, iki iş həftəsi müddətində davam edəcək təcrübə proqramında iştirak hüququ qazanmış MDU-nun 6 tələbəsi “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsində ofis şəraitində sığorta işinin təşkili, risklərin hesablanması və idarə edilməsi, sığorta fəaliyyətinin əsasları, müştərilərlə əlaqələrin qurulması ilə bağlı təcrübə keçəcəklər və müvafiq təlimlərdə iştirak edəcək.

Bildirilib ki, təlim-təcrübə proqramına qatılmaqla tələbələr gələcəkdə işlə təmin olunma imkanları da əldə edirlər.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.