İDMAN


Ankarada taekvondo üzrə qız və qadınlardan ibarət milli komandalarımızın təlim-məşq toplanışı keçiriləcəkdir

Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 4-də Ankarada taekvondo üzrə qız və qadınlardan ibarət milli komandalarımızın təlim-məşq toplanışı başlanacaqdır.

AZƏRTAC xəbər verir ki, Türkiyədə yerli komanda ilə birgə keçiriləcək hazırlıq prosesi səkkiz gün davam edəcəkdir.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin, həmçinin qadınlardan ibarət milli komandanın baş məşqçisi, Əməkdar Məşqçi Gündüz Abdullayev və gənclərdən ibarət yığmanın böyük məşqçisi Zahid Məmmədovun rəhbərliyi altında keçiriləcək hazırlıq prosesində iştirak edəcək heyət müəyyənləşmişdir.

Heyətdə Təranə Məmmədova (46 kq), Patimat Abakarova (49 kq), Günay Ağayeva (53 kq), Aytən Səmədli (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeeva (73 kq), Nərminə Məmmədova (44 kq), Xəyalə Quliyeva (46 kq), Turkanə Tahirli, Zümrüd Məlikova (hər ikisi 49 kq), Günay Ağakişiyeva (57 kq), Zeyvi Kərimova (59 kq), Səbinə Mikayılova və Darya Gorbaceva (hər ikisi 62 kq) yer almışlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.