ELM VƏ TƏHSİL


Mingəçevir Dövlət Universitetində “Sahibkar kimi düşün” mövzusunda təlim keçirilib

Bakı, 5 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Sahibkar kimi düşün” mövzusunda təlim keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, təlim martın 5-dən etibarən MDU-da rəqəmsal media bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlim proqramı çərçivəsində baş tutub.

Universitetin tələbə və magistrantlarının qatıldığı təlimdə təqdimatla çıxış edən KİM-in direktoru Cəlil Bağırov sahibkar kimi düşünmək bacarıqlarının inkişaf etdirilməsinin önəmindən danışıb və iştirakçılara mövzu ilə bağlı praktiki tapşırıqlar verib.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.