İDMAN
Moldovada taekvondo üzrə 16-21 yaşlılar arasında Avropa çempionatı keçiriləcəkdir
Bakı, 17 aprel (AZƏRTAC). Aprelin 18-dən 21-dək Moldovanın paytaxtı Kişinyovda 16-21 yaşlılar arasında Avropa çempionatı keçiriləcəkdir.
Azərbaycan Taekvondo Federasiyasında AZƏRTAC-a bildirmişlər ki, qitə çempionatında ölkəmizi səkkiz oğlan və altı qızdan ibarət heyət təmsil edəcəkdir.
Baş məşqçi Gündüz Abdullayev, məşqçilər Məmməd Abdullayev, Elnur Amanov və Təvəkkül Bayramovun başçılığı altında heyətdə Mikayıl Əliyev (54 kg), Məcid Sofiyev (58 kg), Səbuhi İsmaylzadə (63 kg), Hüseyn Mehralıyev (68 kg), Səid Guliyev (74 kg), Ramin Abdullayev (80 kg), Ceyhun Həsənli (87 kg), Aydın Bəhməlov (87 kg), Təranə Məmmədova (46 kg), Patimat Abakarova (49 kg), Günay Ağayeva (53 kg), Aytən Səmədli (62 kg), Fəridə Əzizova (67 kg) və Marina Tedeeva (73 kg) yer almışlar.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov, yarışdan əvvəl Avropa Taekvondo İttifaqının Icraiyyə Komitəsinin iclasında iştirak edəcəkdir.
Qeyd edək ki, Beynəlxalq dərəcəli hakim Elşad Məmmədov isə Avropa çempionatını idarə edənlər arasında olacaqdır.