REGİONLAR


Mingəçevir Dövlət Universitetinin kollektivi Ağdamı ziyarət edib

Bakı, 14 aprel, AZƏRTAC

Aprelin 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) 40 nəfərdən artıq heyət üzvü Ağdamda səfərdə olublar. Ağdamı ziyarət edən heyətdə universitetin əməkdaşları, tələbə və magistrantlar, şəhid məzunların ailə üzvləri və MDU-nun İctimai Nəzarət Şurasının üzvləri təmsil olunublar.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində universitet heyəti Ağdam Şəhidlər xiyabanını ziyarət edib, orada ermənilər tərəfindən dağıdılmış yaşayış binaları, dini, mədəni və tarixi abidələr, o cümlədən İmarət kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi və Şahbulaq qalası ilə tanış olublar.

Şahbulaq qalasında universitetin tələbə gənclərinin və əməkdaşlarının təqdimatında Qarabağa həsr olunan musiqi və şeir parçaları səsləndirilib.

Səfərlə bağlı təəssüratlarını bölüşən Mingəçevir Dövlət Universitetinin heyət üzvləri doğma yurdlarının işğaldan azad olunmasından və sürətlə dirçəldilməsindən qürur duyduqlarını bildirib, bu sonsuz sevinc və fəxarət hisslərini xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandanımıza və qəhrəman Azərbaycan əsgərlərinə minnətdarlıqlarını ifadə ediblər.

Ağdama səfər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, səfər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Bərdə-Ağdam avtobus marşrutu ilə həyata keçirilib. Səfər müddətində universitet heyəti Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təyin edilən bələdçilər tərəfindən müşayiət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.