REGİONLAR


Mingəçevir Dövlət Universitetində UNDP layihəsi ilə bağlı görüş keçirilib

Bakı, 16 aprel, AZƏRTAC

BMT-nin İnkişaf Proqramının (UNDP) layihə eksperti Don Taylor, Gəncə Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov və baş mütəxəssisi Fariz Qarayev ilə Mingəçevir Dövlət Universitetində (MDU) görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə UNDP tərəfindən Azərbaycanda həyata keçirilən “Bölgələrdə davamlı turizmin inkişafına dəstək” layihəsi haqqında məlumat verilib, layihə çərçivəsində MDU ilə əməkdaşlığın potensial istiqamətləri barədə fikir mübadiləsi aparılıb, turizm sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da turizm təhsilinin keyfiyyətinin yüksəldilməsi və məzmununun yenilənməsi diqqət mərkəzində saxlanılır, bu məqsədlə yerli və xarici tərəfdaşlarla birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.