REGİONLAR


Tanınmış yazıçı Varis Yolçiyev Mingəçevir Dövlət Universitetinin qonağı olub

Bakı, 19 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində Əməkdar jurnalist, tanınmış yazıçı-publisist Varis Yolçiyev ilə görüş keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Tanınmış yazıçının universitetin tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmasından məmnunluğunu bildirən MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov onun zəngin yaradıcılıq fəaliyyətindən danışıb.

V.Yolçiyevin Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü “LiFFt” festivallar festivalında qızıl medala layiq görülən, London ədəbi mükafatının qısa siyahısına düşən “Metamorfoz”, Nyu-Yorkda Dünya Yazıçıları Konqresində pitçinqi keçirilən “77-ci gün”, Türkiyədə ən populyar kitablar siyahısında yer alan “Son məktub”, Özbəkistanda ən çox satılan kitablar sırasında 2-ci yerə yüksələn “Sənə inanıram”, Rusiyada Moskva Ədəbiyyat Mükafatı qazanan “Yanvarın 13 günü” romanları söhbət mövzusu olub.

Göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən V.Yolçiyev görüşdə ədəbi, ictimai və təşkilati fəaliyyəti ilə bağlı təcrübəsini tələbə gənclərlə bölüşüb, onlara bilik və bacarıqlarını artırmaları üçün müvafiq tövsiyələrini çatdırıb və iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Sonda V.Yolçiyev gənc oxuculara müəllifi olduğu kitabları hədiyyə edib və onlarla xatirə şəkilləri çəkdirib.

Görüş iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafı məqsədilə müvafiq görüşlərin keçirilməsinə xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.