20 YANVAR ŞƏHİDLƏRİ ƏBƏDİ EHTİRAMA LAYİQDİRLƏR
20 Yanvar faciəsinin 14-cü ildönümünün keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əlaqədar Şəmkir rayonunda geniş hazırlıq işləri görülür.
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə canlarını qurban vermiş igid oğullarının ruhuna əbədi ehtiram əlaməti olaraq ildönümü ərəfəsində rayon mərkəzindəki abidə kompleksi önündə mitinq keçiriləcək, sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin ailələrinə baş çəkilərək, onlara maddi yardım ediləcəkdir.
Həmin gün rayon mərkəzində, eləcə də kənd və qəsəbələrdə şəhidlərin ruhuna dualar oxunacaq, ehsanlar veriləcəkdir.