MƏDƏNİYYƏT


“20 Yanvar-Zəfərə aparan yol” adlı tədbir təşkil olunub

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Binə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş "20 Yanvar - Zəfərə aparan yol" adlı tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Binə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Günay Muxtarova qonaqları salamlayaraq 20 Yanvar – Ümumxalq Hüzn Gününün tarixi haqqında ətraflı məlumat verib.

Daha sonra Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya-resurs şöbəsinin hazırladığı slayd nümayiş olunub.

Kitabxananın Metodika-biblioqrafiya şöbəsinin müdiri A.Nağıyeva, 24 nömrəli uşaq musiqi məktəbinin müəllimi A.Qəmbərov çıxışlarında belə tədbirlərin keçirilməsinin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını qeyd ediblər.

Sonda kitabxananın hazırladığı kitab sərgisinə və Binə Mədəniyyət Mərkəzinin “Rəsm” dərnəyi üzvlərinin çəkdikləri rəsmlərə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.