REGİONLAR


“20 Yanvar - Zəfərə aparan yol” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

İsmayıllı, 20 yanvar, AZƏRTAC

İsmayıllıda rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar - Zəfərə aparan yol” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqədən öncə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 32 il bundan əvvəl baş verən hadisələrin həm də Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı hadisələrə ilk dəfə hərtərəfli və obyektiv siyasi-hüquqi qiymət verilib. Xalqın təkidli tələbi ilə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar qurbanlarının xatirəsi əbədiləşdirilib.

Sonra məktəblilər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Müsabiqədə rayonun ümumtəhsil məktəblərinin 40-a yaxın şagirdi iştirak edib. Müsabiqənin nəticələri elan olunduqdan sonra qalib iştirakçılar İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.